DÜNYA
Tacik sərhədçiləri döyüş hazırlığı vəziyyətinə gətirilib
Düşənbə, 4 oktyabr, AZƏRTAC
Əfqanıstanın şimal əyalətində - Tacikistanla həmsərhəd Kunduz şəhəri uğrunda gedən döyüşlərlə əlaqədar tacik sərhədçiləri döyüş hazırlığı vəziyyətinə gətirilib. Tacikistan ordusunun əsgərləri də müdafiə xəttinin arxasında hazırlıq vəziyyətindədir.
Bu haqda Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb. Xəbər agentliklərinin məlumatlarına görə, Kunduz şəhərində nəzarəti ələ almaq üçün Əfqanıstan ordusunun “Taliban” radikal qruplaşmasının terrorçuları ilə döyüşlərində 40-dan çox talibançı öldürülüb.
Xatırladaq ki, ötən il sentyabrın 28-də taliblər Kunduz şəhərini işğal edib, 3 gün sonra isə şəhərdən qaçmağa məcbur olublar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]