DÜNYA


Tacikistan 100 min Əfqanıstan qaçqınını qəbul etməyə hazırdır

Düşənbə, 23 iyul, АZƏRTAC

Tacikistan 100 min Əfqanıstan qaçqınını sərhədyanı ərazilərdə yerləşdirməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar Komitəsi sədrinin müavini İmamali İbroximzoda məlumat verib.

“Lazım olarsa bundan da artıq qaçqın qəbul edə bilərik. Biz hazırda bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla iş aparırıq. Yaxın vaxtlarda Xaroq şəhəri yaxınlığında iki anbar istifadəyə veriləcək. Bu anbarlarda əfqan qaçqınları üçün ərzaq məhsulları, çadırlar, yataq ləvazimatı, gigiyena vasitələri saxlanacaq”, - deyə İ.İbroximzoda bildirib.

Onun sözlərinə görə, iyulun əvvəllərində Tacikistan ərazisinə keçən 1574 əfqan hərbçisi bu günlərdə xüsusi reyslərlə Kabil və Məzari-Şərif şəhərlərinə göndərilib.

Xatırladırıq ki, indiyədək Tacikistana 1512 mülki vətəndaş pənah gətirib. Qaçqınlar Dağ Bədəxşan Muxtar Vilayətində çadır şəhərciklərinə yerləşdirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.