DÜNYA
Tacikistanda təbii fəlakət nəticəsində 9 nəfər ölüb
Düşənbə, 13 may, АZƏRTAC
Mayın 11-dən başlayaraq Tacikistanın Xatlon, Kulyab və Qissar vilayətlərində baş verən sel və daşqın nəticəsində 9 nəfər ölüb, yaralılar var.
AZƏRTAC Tacikistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Xatlon vilayətinin infrastruktur obyektlərinə, mülki evlərə, yüzlərlə metr avtomobil yoluna, məişət obyektlərinə daha çox ziyan dəyib, 4 körpü dağılıb, ev heyvanlarını sel aparıb.
Ümumiyyətlə ölkənin 15 rayonu təbii fəlakət zonası elan olunub.
Tacikistan Prezidenti Emomali Rahmonun tapşırığı ilə Baş nazir Kaxir Rasulzodanın rəhbərliyi ilə Hökumət Komissiyası yaradılıb. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində iş aparılır. Dəyən zərərin həcmi hesablanır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]