İDMAN


Taekvando üzrə Qran-Pri turnirinin növbəti mərhələsi Rabatda keçiriləcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Taekvando üzrə Qran-Pri turnirinin növbəti mərhələsi Mərakeşin paytaxtı Rabatda keçiriləcək.

Azərbaycan Taekvando Federasiyasından AZƏRTAC-a bildirilib ki, avqustda Moskvada start verilən Qran-Prinin ikinci mərhələsi sentyabrın 22-24-də təşkil olunacaq. G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət milli yığma komandamızın üzvləri də iştirak edəcəklər.

Baş məşqçi Reza Mehmandoustun, böyük məşqçi Rəşad Əhmədovun və eləcə də qadınlardan ibarət yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə ölkəmizi təmsil edəcək səkkiz taekvondoçu artıq Rabat şəhərinə yollanıb.

Yarışda qalib gələn idmançı aktivinə 40, ikinci yerin sahibi 24, üçüncü yerə çıxanlar isə 14,4 reytinq xalı əlavə edəcəklər. Qran-Prinin sonrakı mərhələsi Londonda, final mərhələsi isə Kot-d'İvuarın paytaxtı Abicanda təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.