İDMAN
Taekvondoçumuz Patimat Abakarovanın “Rio-2016”da debütü uğursuz olub
Bakı, 17 avqust, AZƏRTAC
Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının on ikinci günündə - avqustun 17-də qadınlar arasında taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, Avropa çempionatının və “Bakı-2015”in bürünc mükafatçısı Patimat Abakarovanın dayanq üzərində ilk çıxışı uğursuz olub.
AZƏRTAC xəbər verir ki, turnirdə 49 kiloqram çəki dərəcəsində yarışan P.Abakarova səkkizdəbir finalda hazırki Avropa çempionu, eləcə də ötən il dünya çempionatının bürünc, birinci Avropa Oyunlarının gümüş medalçısı serbiyalı Tiyana Boqdanoviç ilə qarşılaşıb. Döyüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan P.Abakarovanın sonrakı çıxışları rəqibinin finala çıxmasından asılı olacaq. Belə olduqda taekvondoçumuz təsəlliverici görüşlərə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]