İDMAN


Taekvondoçumuz Türkiyədə keçirilən Prezident kubokunun qalibi olub

Taekvondoçumuz Türkiyədə keçirilən Prezident kubokunun qalibi olub

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Türkiyədə keçirilən Prezident kubokunu qızıl medalla başa vurub.

AZƏRTAC xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, İstanbulda ölkəmizin Dövlət Himnini səsləndirib. 1/16 final mərhələsindən mübarizəyə başlayan taekvondoçumuz ilk döyüşündə Böyük britaniyalı Xames Makentoşu yarışdan kənarlaşdırıb. O, daha sonra bolqarıstanlı Xristo Boqdanova qalib gəlib. Qaşım 1/4 finalda Qalqeri Səlimlə (Macarıstan) üz-üzə gəlməli olsa da, rəqib dayanqa çıxmayıb. Maqomedov yarımfinalda türkiyəli Mehmet Çiçəkgüllə üz-üzə gəlib. Qələbə qazanan təmsilçimiz finala yüksəlib.

Həlledici görüşdə də Qaşımın rəqibi türkiyəli taekvondoçu olub. Ahmet Karadaş üzərərində inamlı qələbə qazanan millimizin üzvü çempion tituluna yiyələnib.

Qeyd edək ki, yığma ardınca Türkiyə açıq çempionatında iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.