DÜNYA
“Taliban” sonuncu Əfqanıstan şahının dövründəki konstitusiyadan istifadə edəcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Taliblər şəriətə zidd maddələr istisna olmaqla, Əfqanıstanın sonuncu şahı olmuş Zahir-Şahın dövründəki konstitusiyadan istifadə ediləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın ədliyyə naziri vəzifələrini icra edən Əbdül Hakim Şəriə bildirib. Bir müddət öncə müvəqqəti hökumətin mədəniyyət və informasiya naziri Zabiullah Mücahid deyib ki, “Taliban” hərəkatı gələn il ölkənin yeni konstitusiyanın hazırlanması üçün komissiya formalaşdırmağı planlaşdırır.
Xatırladaq ki, avqustun 15-də “Taliban” hərəkatı paytaxt Kabilə döyüşsüz daxil olaraq hakimiyyəti tam ələ keçirib. Ölkə Prezidenti Əşrəf Qani öz postunu tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]