DÜNYA
Tallin və Vilnüsdə yanacağın qiyməti artıb
Tallin, 12 iyul, AZƏRTAC
Riqada yanacaq qiymətləri sabit qalıb, Tallin və Vilnüsdə isə bahalaşıb.
AZƏRTAC LETA informasiya agentliyinə istinadla xəbər verir ki, Riqadakı “Circle K” yanacaqdoldurma məntəqəsində “Aİ-95” markalı benzinin və dizel yanacağının qiyməti sabit qalıb, ötən cümə günü bir litri 1,344 avro və 1,244 avro təşkil edib. Vilnüsdə “Aİ-95” benzininin qiyməti 0,8 faiz artaraq bir litri 1,306 avroya yüksəlib, dizel yanacağı da 0,8 faiz bahalaşıb və bir litri 1,206 avro təşkil edib. Tallindəki “Circle K” yanacaqdoldurma məntəqələrində isə “Aİ-95” markalı benzinin qiyməti 2,1 faiz artaraq bir litri 1,469 avro, dizel yanacağının qiyməti 0,8 faiz artaraq bir litri 1,229 avro təşkil edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]