CƏMİYYƏT


Tanınmış amerikalı mikrobioloq Azərbaycan Tibb Universitetinin rektoru ilə görüşüb

Bakı, 4 yanvar, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Çikaqo Dövlət Universitetinin professoru, tanınmış mikrobioloq Nadim Fazalla görüşüb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ABŞ Dövlət Departamentinin Fulbright proqramı çərçivəsində ali təhsil ocağında elmi tədqiqat işlərini davam etdirən alim görüşdə apardığı araşdırmalar, təqdim etdiyi mübadilə proqramı, tələbələrlə apardığı iş haqqında ətraflı məlumat verib, proqram çərçivəsində nəzərdə tutulan tədbirlər barədə danışıb.

Rektor onun universitet daxilində gördüyü işləri yüksək qiymətləndirib, tələbələr üçün təşkil olunan maraqlı proqramlar üçün alimə təşəkkürünü bildirib. O, mikrobioloq-alimin apardığı dərslər sayəsində tələbələrin faydalı biliklərə yiyələndiklərini qeyd edib. Görüş zamanı Tibb Universitetində həyata keçirilən islahat və yeniliklər barədə də söhbət gedib.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.