Tanzaniyada yanğın nəticəsində 10 şagird həyatını itirib
AzerTAg.az
Qahirə, 14 sentyabr, AZƏRTAC
Tanzaniyanın şimal-şərqindəki Kaqera bölgəsində ingilis dili təmayüllü məktəbin yataqxanasında baş vermiş yanğın nəticəsində 10 şagirdin yanaraq ölüb.
AZƏRTAC xəbər verir ki, yanğın nəticəsində məktəb binası və yataqxana külə çevrilib. Yaralanan 17 şagird isə xəstəxanaya çatdırılıb. Onlardan 8-nin vəziyyəti ağırdır.
Əyalət prokurorluğu yanğınla bağlı cinayət işi açıb. Qeyd olunub ki, həyatını itirmiş uşaqların kimliyini müəyyən etmək məqsədilə DNT testi keçiriləcək.
Məktəb binalarında yanğınlar hökuməti əlavə tədbirlər görməyə məcbur edib. İyulda da Tanzaniyanın Darüssəlam şəhərində mədrəsədə baş vermiş yanğın nəticəsində 3 şagird həyatını itirmişdi.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var