ELM VƏ TƏHSİL
Tarix Muzeyində şəhid Fərrux Həşimova məxsus əşyalar qorunur
Bakı, 28 sentyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, Vətən müharibəsi şəhidi Fərrux Həşimova məxsus əşyalar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Fərrux Həşimov 1988-ci ildə Qubadlı rayonunda anadan olub. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan F.Həşimov Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Xocavəndin azad olunması uğrunda döyüşlərdə iştirak edib. O, noyabrın 1-də Xocavənd rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Fərrux Həşimov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]