REGİONLAR


Tarlalardan 2,6 milyon tondan çox dənlilər və dənli paxlalı bitkilər toplanıb

Bakı, 16 iyul, AZƏRTAC

Bu il iyul ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 627,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 10,8 faiz çox dənlilər və dənli paxlalı bitkilər toplanıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu müddətdə 391,2 min ton (6,2 faiz çox) kartof, 776,7 min ton (8,3 faiz çox) tərəvəz, 100,1 min ton (30,7 faiz çox) bostan məhsulları, 133,9 min ton (1,5 faiz çox) meyvə və giləmeyvə, 1,5 min ton (10,3 faiz çox) tütün, 522,4 ton (23,7 faiz çox) yaşıl çay yarpağı yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.