REGİONLAR
Taxtakörpü ərazisində məskunlaşan Laçın sakinləri 680 hektar sahədə taxıl səpini aparıblar
Ağcabədi, 17 yanvar, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşan laçınlılar 680 hektar sahədə taxıl səpini həyata keçiriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Laçın Rayon Statistika İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, taxıl əkinlərinin 640 hektarı arpa, 40 hektarı buğdadır.
Qeyd edək ki, Taxtakörpü ərazisində məskunlaşan keçmiş laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar. Onlar ötən il Taxtakörpü ərazisində 877 hektar taxıl sahəsindən 1997 ton məhsul götürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]