DÜNYA
Tbilisi meriyası Kür çayının məişət tullantılarından təmizlənməsinə başlayıb
Tbilisi, 9 may, AZƏRTAC
Tbilisi şəhər meriyası Cənubi Qafqazda ən böyük çay olan Kür çayının məişət tullantılarından təmizlənməsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, təmizlik işlərini “Tbilisiservis qrup” və meriyanın infrastrukturun inkişafı xidməti həyata keçirir.
Təmizlik işlərinə Metexi körpüsündən başlanılıb və əməkdaşlar Kür çayını polietilen paket və plastik qablardan təmizləyirlər.
Qeyd edək ki, Kür çayının həddən artıq çirklənməsi ilə bağlı AZƏRTAC Gürcüstanın əlaqədar təşkilatlarına müraciət etmişdi. Bundan başqa, Estoniya səfirliyi “Facebook” səhifəsində Kür çayının çirklənməsi ilə bağlı fotomateriallar yerləşdirib.
Artıq çayın böyük bir hissəsi məişət tullantılarından təmizlənib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]