QAN YADDAŞI


Tbilisidə Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib

Tbilisi, 24 fevral, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fləşmob təşkil olunub.

AZƏRTAC xəbər verir ki, aksiya “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə keçirilib.

Paytaxtın “Rike parkı”nda keçirilən aksiyada üzərində "Xocalıya ədalət" yazılmış köynəklər geyinmiş 20-yə yaxın azərbaycanlı və gürcü uşaq “Sülh körpüsü”nün üzərindən havaya 100-dən çox ağ şar buraxıblar.

Aksiyanın əsas çağırışı “Gələcək sülh istəyir” olub.

Fləşmobun digər simvolik mənası Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhlarının Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərdən sonra rahatlıq tapmasından ibarətdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.