MƏDƏNİYYƏT
Teatrsevərlər həftəsonu Gənc Tamaşaçılar Teatrında maraqlı tamaşalar izləyəcəklər
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daimi tamaşaçıları üçün bu həftə maraqlı repertuar tərtib edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının yaradıcı kollektivi noyabrın 10-da gənclər üçün bəşəriyyətin bəlasına çevrilmiş narkomaniya əleyhinə “Ağ ölüm” tamaşasını təqdim edəcək. Bundan başqa, noyabrın 11-də “Leyli və Məcnun”, noyabrın 12-də isə “Mənim ağ göyərçinim” tamaşaları nümayiş olunacaq.
Teatr həmişə olduğu kimi, bu dəfə də azyaşlı tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv uşaqlar üçün noyabrın 11-də “Dəcəl keçi”, 12-də isə “Qoğalın nağılı” tamaşalarını təqdim edəcək.
Tamaşalarda Əməkdar artistlər Nofəl Vəliyev, Rahib Əliyev, Nəsibə Eldarova, Nübar Novruzova, Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Rasim Cəfər, aktyorlar Manaf Dadaşov, Vüsal Mehrəliyev, Anar Seyfullayev, Günül Məmmədova, Asya Atakişiyeva, Müşfiq Əliyev, Eşqin Quliyev, Səbinə Məmmədova və başqaları çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]