SİYASƏT
Təbrizdə referendumla bağlı səsvermə davam edir
Tehran, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiyasına əlavə dəyişikliklərlə bağlı keçirilən referendumla əlaqədar ölkəmizin İranın Təbriz şəhərindəki Baş konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi seçki komissiyasının 41 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir.
Məntəqə Komissiyasından verilən məlumata görə, hazırda seçki prosesi davam edir.
Referendumda Təbrizdə fəaliyyət göstərən diplomatlarımız, onların ailə üzvləri, bu şəhərdə müvəqqəti yaşayan və ezamiyyətdə olan Azərbaycan vətəndaşları iştirak edirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq
- 26.04.2024 [14:59]