İQTİSADİYYAT
Tədavül müddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50201896S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 98.8468 AZN (5 faiz) və 99.2704 AZN (3.15 faiz) olan 10 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 117 milyon 171 min 300 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.2704 AZN (3.15 faiz) olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar iyulun 4-də ödəniləcək.