ELM VƏ TƏHSİL
“Tədqiqlər” jurnalının yeni nömrəsi çapdan çıxıb
Bakı, 24 yanvar, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Tədqiqlər” jurnalının 2018-ci il üçün sonuncu nömrəsi çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalda oxucular Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı haqqında yazılmış məqalə ilə tanış ola bilərlər.
Məcmuənin bu nömrəsində müasir Azərbaycan dili, dil nəzəriyyəsi, mətn sintaksisi və türk dillərinin tədqiqinə aid müxtəlif məqalələr öz əksini tapıb.
Jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova, buraxılışa məsul filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayevdir.
“Tədqiqlər” jurnalı ildə dörd dəfə, üç aydan bir nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.