CƏMİYYƏT


Tedros Qebreyesus: Bu vəziyyət uzun müddət davam edəcək

Bakı, 30 iyun, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı ölkələri virusla mübarizədə beynəlxalq həmrəyliyə səsləyib. Qurumun məlumatında bildirilib ki, artıq iki simvolik həddə keçib: 10 milyondan çox insan yoluxub, 500 mindən yuxarı viruslu xəstə vəfat edib.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus virusun yayılma sürətinin artdığına diqqəti çəkərək prosesin davam edəcəyini deyib: “Bəzi ölkələr öz iqtisadiyyatlarını bərpa etmək və ictimai həyata qayıtmaq ərəfəsində yüksək yoluxma halları ilə üzləşib. Biz bu vəziyyətin başa çatmasını, qaldığımız yerdən həyatımıza davam etmək istəyirik. Lakin acı reallıq budur ki, bu vəziyyət hələ uzun müddət davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.