DÜNYA
Tehran-İstanbul sərnişin təyyarəsindəki bütün şəxslər karantinə alındı
Ankara, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Türk Hava Yollarına məxsus Ankarada məcburi eniş edən Tehran-İstanbul reysinin sərnişinləri və ekipaj üzvləri koronavirus şübhəsi əsasında karantinə alınıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Bildirilir ki, İrandan ölkəyə dönən bütün Türkiyə vətəndaşlarının 14 günlük karantin həyatı təmin ediləcək.
Qeyd edək ki, İrandan gələn təyyarənin göyərtəsində 132 sərnişin və ekipaj üzvləri var. Sərnişinlərdən 17-də yüksək istilik müəyyən olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]