ELM VƏ TƏHSİL


Təhsil İnstitutunun növbəti vebinarında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çətin test tapşırıqları izah olunacaq

Bakı, 19 noyabr, AZƏRTAC

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar noyabrın 22-də “Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çətin və orta tipli test tapşırıqlarının izahı” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində 163 nömrəli tam orta məktəbin tarix müəllimi, Azərbaycan Universitetinin doktorantı, dərslik müəllifi Ramil Tanrıverdi çıxış edəcək.

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.