ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə layihə qəbul olunur

Bakı, 27 noyabr, AZƏRTAC

“eTwinning” üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə müraciətlər qəbul olunur.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas məqsədi “eTwinning” layihəsi çərçivəsində Avropanın azı 3 ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması, planlaması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir.

Müsabiqəyə aşağıda qeyd olunan şərtlərə cavab verən layihələr ilə istənilən “eTwinning” müəllimi qoşula bilər:

-Layihə mövzusu sərbəst olmaqla pedaqoji yeniliyə və müasir təlim metodlarına yönəlmiş olmalıdır;

-Layihənin planı, məqsədi və gözlənilən nəticələri aydın əks olunmalıdır;

-Avropanın 3 ölkəsinin müəllimlərinin cəlb olunduğu beynəlxalq layihə olmalıdır;

-Layihə milli kurikuluma əsaslanmalıdır;

-Şagird araşdırması layihə fəaliyyətlərində və planlamasında yer almalıdır;

-İnformasiya texnologiyalarının layihədə tətbiqi aydın görülməlidir.

Müsabiqəyə təqdim olunan layihələr üzrə dekabrın 15-i saat 23:59-dək “eTwinning” portalında qeydiyyat tamamlanmalıdır. Eyni zamanda, müraciət formasını dolduran müəllimin layihənin təsisçisi olması mütləqdir. Qeyd olunan şərtlər əsasında qalib seçilmiş layihə rəhbəri növbəti tədris ilində Avropada təşkil olunacaq beynəlxalq təlimdə seçim mərhələsinə qoşulmadan iştirak etmək hüququ qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.