ELM VƏ TƏHSİL


Təhsil Tələbə Krediti Fondu İsmayıllıda tələbələrlə görüş keçirib

Bakı, 6 oktyabr, AZƏRTAC

Təhsil Tələbə Krediti Fondunun maarifləndirmə xarakterli regional görüşləri davam edir.

Fonddan AZƏRTAC-a bildirilib ki, növbəti görüş İsmayıllı rayonunda keçirilib. Fondun sədr müavini Bəhruz Əzimov təhsil tələbə kreditinin verilməsi qaydaları haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və Ağsu rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva təhsil tələbə kreditlərinin tələbələr üçün böyük fürsət olduğunu bildiriblər.

Tədbirdə iştirak edən şəhid və qazi təhsil işçilərinin ailələrinə fəxri fərman və pul mükafatı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.