ELM VƏ TƏHSİL
Təhsil müəssisələrinin açılması ilə bağlı qərarlar qəbul olunarkən onların xüsusiyyətləri nəzərə alınacaq
Bakı, 15 avqust, AZƏRTAC
Təhsil müəssisələrinin müxtəlif təsnifatı var – məktəbəqədər, orta, ali və peşə təhsili. Təhsil müəssələrinin açılması ilə bağlı qərarlar qəbul olunarkən müəssisələrin xüsusiyyətləri də nəzərə alınacaq.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 15-də keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Təhsil Nazirliyi tərəfindən xüsusi ictimai forum yaradılıb. Bu forum vasitəsilə şagirdlərin, valideynlərin, təhsil ekspertlərinin fikirləri də öyrənilir. Təhsil müəssisələrini açılması ilə bağlı müzakirələrdə bu fikirlər də nəzərə alınacaq.