Tələbə İnkişaf Platforması çərçivəsində ilin son konfransı
AzerTAg.az
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən tələbələr üçün Tələbə İnkişaf Platforması (TİPx) çərçivəsində ilin son “TİPx 7: Yenilən” konfransı keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransda spikerlər "Atalar üçdən deyib", "Yeni ildə necə daha irəli gedək?", "Müasir dövrün açar sözləri", "Uyğunlaş yeniliyə" və s. mövzularda çıxış ediblər.
Qeyd edək ki, interaktiv formatda keçirilən "TİPx 7: Yenilən” konfransında Pedaqoji Universitetin tələbələri ilə bərabər, müxtəlif universitetlərdən 160-dan çox tələbə iştirak edib.




Xəbərin mətnində orfoqrafik səhv var