ELM VƏ TƏHSİL
“Tələbə-məzun” dövlət elektron məlumat sistemi” dövlət informasiya ehtiyatlarının reyestrində dövlət qeydiyyatına alınmışdır
Bakı, 18 fevral (AZƏRTAC). Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının (DİE) reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin icrasını təmin etmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tələb olunan sənədləri təqdim edərək sistem administratoru olduğu “Tələbə-məzun” dövlət elektron məlumat sistemi”nin qeydiyyata alınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, sistem cari il fevralın 18-də dövlət qeydiyyatına alınmış və sistem haqqında məlumat dövlət reyestinə əlavə edilmişdir (https://governmentsregistry.ehdis.az/AcceptedFormGovernment.aspx).
Qeyd edək ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin dövlət orqanlarıdır.