CƏMİYYƏT


“Təmiz hövzələr” aksiyası Kiçik Qızılağac körfəzində davam edib

Bakı, 26 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti tədbir Kiçik Qızılağac körfəzində keçirilib.

Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşlarının və ekokönüllülərin iştirak etdiyi aksiyada körfəzin 13 kilometrdən artıq sahəsi sintetik torlardan, plastik tullantılardan təmizlənib və tullantılar təkrar emal üçün “AzEkol” şirkətinə təhvil verilib: “Aksiyanın keçirilməsində məqsəd sivil balıq ovunu təşviq etmək, geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək və onların artırılmasına nail olmaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.