İDMAN


Tərlan Əhmədov: Futbolçularımızın zəhməti hədər getdiyi üçün təəssüf edirəm

Bakı, 11 fevral, AZƏRTAC

“Maraqlı qarşılaşmanın şahidi olduq. Oyuna əks-hücum ilə başlasaq da, sonradan mübarizənin səviyyəsi bərabərləşdi. Bəsit səhvlərə görə qollar buraxdıq. Futbolçuların zəhməti hədər getdiyi üçün təəssüf edirəm. Şanslardan düzgün istifadə edilmədiyinə görə qalib gələ bilmədik. Oyun zamanı penalti vəziyyətinin olması barədə də fikrim yoxdur. Deyilənə görə, birinci hissədə də Andre Klennona qarşı kobudluq edilib. Hər halda bugünkü oyun klubda potensialın olduğunu göstərir. Növbəti qarşılaşmalarda daha yaxşı nəticə qazanmağa çalışacağıq. Rəqibi təbrik edirəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında "Keşlə" klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis bildirib: "Kluba yeni oyunçu cəlb etmək barədə düşünmürük. Zəif oyun nümayiş etdirməsək də, futbolçularda özlərinə inamın olmaması məğlubiyyətin səbəblərindən biridir. Bu səbəbi aradan qaldırmaq üçün işlər görülür. Heç zaman oyunu müdafiə üzərində qurmamışam. Bu gün məcburiyyət qarşısında belə oyun sərgilədik. Çünki “Neftçi”nin hücum xətti çox güclüdür”.

Üç legioner və Vüsal İsgəndərli olmaqla dörd futbolçunun transfer edildiyini deyən baş məşqçi digərlərinin isə yay ayında gəldiyini xatırladıb. “Əvvəlki oyunlarda məğlubiyyətlər olduğu üçün, futbolçular psixoloji cəhətdən hazır deyil. Keçmiş futbolçuların psixoloji vəziyyəti yeni oyunçulara də təsirini göstərir. Fiziki və ya taktiki cəhətdən isə problem olduğunu düşünmürəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.