REGİONLAR
Tərtərdə 9487 hektar sahədə yazlıq səpin aparılıb
Tərtər, 14 iyun, AZƏRTAC
Tərtər rayonunda yaz-tarla işləri davam edir. Yazlıq bitkilərin səpinini başa çatdıran fermer və torpaq mülkiyyətçiləri torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ilin yaz mövsümündə 9487 hektar sahədə səpin aparılıb. Əkinlərin 3450,7 hektarı pambıq, 193,4 hektarı şəkər çuğunduru, 2444 hektarı dən üçün günəbaxan, 87,9 hektarı dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 173,5 hektarı dən üçün qarğıdalı, 3590 hektarı kartof, 1016,5 hektarı müxtəlif növ tərəvəz, 1762 hektarı keçən ilin payızlıq əkinini də daxil etməklə cari ilin kölgəsiz çoxillik otlarıdır (yonca).
Hazırda təsərrüfatlarda kartof və tərəvəz yığımı davam edir. İndiyədək tərəvəz sahələrinin 383 hektarının məhsulu yığılıb, 5280 ton tərəvəz istehsal olunub. Hər hektar tərəvəz sahəsindən orta məhsuldarlıq 137,9 sentnerdir. Eyni zamanda, torpaq mülkiyyətçiləri indiyədək 197 hektar kartof sahəsindən 2233,2 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 113,4 sentner təşkil edir.