CƏBHƏ XƏBƏRLƏRİ


Tərtərdə dəfn zamanı qəbiristanlığa mərmi atılıb, dinc sakinlər arasında ölən və yaralananlar var - YENİLƏNİB VİDEO

Tərtər, 15 oktyabr, T.Ağaməmmədov, foto R.İsmayılov, AZƏRTAC

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu ağır artilleriyadan atəşə tutmaqda davam edir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, oktyabrın 15-i düşmən növbəti dəfə məqsədli şəkildə dinc sakinləri hədəfə alıb.

Ermənistan ordusu Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığı dəfn mərasimi zamanı ağır artilleriyadan atəşə tutub.

Qəbiristanlığın qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin vaxt orada olan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Bu vandalizm aktı nəticəsində, həmçinin qəbiristanlıqda bir neçə məzar dağılıb, dəfn mərasimində iştirak edən sakinlərin avtomobillərinə ciddi ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.