CƏMİYYƏT
Tərtərdə karantin qaydalarının pozulduğu toy mərasimləri aşkar edilib
Bakı, 23 iyul, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində karantin rejimi qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Yadigar” kafesində, eləcə də fərdi evdə keçirilən toy məclislərində qonaqların sayının müəyyən edilmiş həddən artıq olduğu aşkarlanıb.
Qayda pozuntuları ilə əlaqədar cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]