CƏMİYYƏT


Tərtərdə qəbiristanlıqdan oğurluq edən şəxslər tutulublar

Bakı, 30 iyul, AZƏRTAC

Tərtər rayonunun Ələsgərli kəndində qəbiristanlıqdakı məzarların ətrafında quraşdırılan məhəccərlərin alüminiumdan olan bəzək əşyalarını oğurlayan iki nəfər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində “iş başında” saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla onların rayon sakinləri Səxavət Axundlu və Kənan Tağızadə olduqları müəyyən edilib.

Hər iki şəxs dindirilərkən törətdikləri oğurluq əməlini etiraf ediblər. Onlar qanunsuz yolla əldə etdikləri əşyaları “QAZ-32213” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşmaq istədiklərini bildiriblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.