“Texnikabank”ın balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
AzerTAg.az

Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 9-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, M.Abbas Abbaszadə küçəsi 72 ünvanında istifadədə olan 0,0119 hektar torpaq sahəsində yerləşən (ü/s 179,5 kvadratmetr) qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 390 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası).
Xəbərin mətnində orfoqrafik səhv var