DÜNYA


Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının əmtəələrinin satıldığı ilk rəsmi mağaza açılıb

Tokio, 24 iyul, AZƏRTAC

Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının əmtəələrinin satıldığı ilk rəsmi mağaza açılıb.

AZƏRTAC xəbər verir ki, mağaza iyulun 23-də Tokionun məşhur Şincuku stansiyasında işə başlayıb. Burada alıcılara təqribən 700 adda məhsul, o cümlədən futbolkalar, dəsmallar və açar üçün breloklar təklif olunur.

Mağazanın ilk alıcısı tikilməkdə olan yeni stadionun yaxınlığında yaşayan 76 yaşlı bir qadın olub. Həmin qadın bildirib ki, mağazaya Oyunların talismanları olan Miraytova və Someytinin yumşaq oyuncaqlarını almaq üçün gəlib.

Mağazanın 2020-ci ilin sentyabrınadək, yəni Oyunlar başa çatanadək işləyəcəyi bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.