İDMAN


Tomas Bax XXXII Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyada səfərdə olub

Bakı, 11 oktyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax XXXII Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyada səfərdə olub.

AZƏRTAC BOK-un rəsmi saytına istinadla xəbər verir ki, səfər zamanı T.Bax Fukusima şəhərinin meri Masao Muçibori ilə görüşüb. Şəhərin meri beynəlxalq qurumun rəhbərinə “Tokio 2020” Olimpiadasında beysbol və softbol yarışlarının keçiriləcəyi Fukusima Beysbol Stadionunun istifadəyə hazır olduğu barədə məlumat verib. Bildirib ki, Olimpiadanın futbol turniri isə yaxınlıqdakı Miyaqi stadionunda təşkil ediləcək.

Görüş zamanı Yeniyetmələrin “Lozanna 2020” Qış Olimpiadasında iştirak edəcək Fukusima tələbələri ilə bağlı müzakirələr də aparılıb.

M.Muçibori deyib: “Şəhərdə ərzaq və radiasiya təhlükəsizliyinə tam təminat veririk. BMT-nin ərzaq və kənd təssərrüfatı təşkilatı bu məsələlərə ciddi nəzarət edir və bununla bağlı heç bir problem yoxdur. Fukusima prefekturasında radiasiyanın səviyyəsi cəmi 2,5 faiz təşkil edir ki, bu da çox aşağıdır və insanlar üçün heç bir qorxu törətmir”.

2011-ci ilin mayında Yaponiyada 8,9 bal gücündə güclü zəlzələ və sunami daşqını baş verib. Təbii fəlakətdən ən çox ziyan çəkən üç prefekturadan biri də Fukusima olub.

XXXII Yay Olimpiadası 2020-ci ildə Yaponiyada avqustun 24-dən iyulun 9-dək keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.