İDMAN


Tommaso Boninti : Festival çox möhtəşəmdir VİDEO

Bakı, 23 iyul, AZƏRTAC

İtaliyada doğulmuşam və hazırda Livorno şəhərində yaşayıram. Atletika ilə 12 yaşımdan məşğulam və bu idman növünü çox sevmişəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının səhər sessiyasında 400 metr məsafəyə qaçış üzrə ikinci yerin sahibi olan İtaliya təmsilçisi Tomasso Boninti deyib.

“Düşünürəm ki, festival çox möhtəşəmdir. Təşkilatçılıq səviyyəsi isə çox yüksəkdir. Burada olmaq, yarışlarda iştirak etmək fantastikdir. Çox arzulayırdım ki, Bakıya gəlim və sizin mədəniyyətlə tanış olum. Mən öz nəticəmdən çox razıyam. Bu mənim ən yaxşı nailiyyətimdir. Buna görə də çox sevincliyəm. Bakı çox böyük şəhərdir. Bura gəlməzdən öncə bilmirdim ki, bu qədər gözəl bir şəhərlə tanış olacağam. Bu mənim üçün bir sürpriz oldu”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.