İDMAN


Topaz Premyer Liqası: “Qəbələ” “Səbail”i məğlub edib

Bakı, 12 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun növbəti görüşü Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Səbail" arasında keçirilib.

AZƏRTAC xəbər verir ki, oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 21-ci dəqiqədə Asif Məmmədov açıb. Daha 2 qol fasilədən sonra vurulub. 63-cü dəqiqədə kapitan Ürfan Abbasov, 81-ci dəqiqədə isə yeni transfer Ceyms Adeniyi fərqlənib.

Bununla da "Qəbələ" Premyer Liqada ilk böyük hesablı qələbənin müəllifi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.