Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi humanist hisslər aşılayır

Bakı, 13 mart, AZƏRTAC

Paytaxt küçələri və ətraf rayonlarda sahibsiz heyvanların sayının son zamanlar çoxalması ölkəmizdə bu yöndə müvafiq addımların atılmasını zəruri edir. Belə heyvanların sayının artımı və onlara zəruri qayğının göstərilməməsi, xüsusilə sahibsiz it və pişiklərin vaxtında peyvəndlənməməsi ölkədə bir çox ekoloji və sanitar problemlərin yaranmasına səbəb olur. Bu problemlərin öhdəsindən gəlmək üçün baytar qayğısı, xüsusi sığınacaqların yaradılması kimi məsələlər belə heyvanların qayğıya ehtiyacı olduğunu bir daha gündəmə gətirir. Bu mənada, xüsusi sığınacaq və baytarlıq klinikalarının fəaliyyət göstərməsi ilə yanaşı, uzunmüddətli perspektivdə insanlar arasında geniş maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsi həlledici əhəmiyyət kəsb edir. Bütün bunların nəticəsidir ki, ölkəmizdə problemlərin həlli üçün vaxtında kompleks şəkildə addımlar atılır. Əlbəttə ki, bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən yaralanmaq lazım gəlir. Əksər ölkələrdə sahibsiz küçə heyvanlarına qayğı mərkəzləri fəaliyyət göstərir. Belə mərkəzlər küçə heyvanları və sahibləri tərəfindən atılmış heyvanları sığınacağa verir, qayğı göstərir, onları sahibləndirir, eləcə də populyasiyasını kütləvi axtalama və qısırlaşdırma (sterilizasiya) yolu ilə tənzimlənməsinə çalışır. Bu gün dünyada heyvanların hüquqlarının qorunması məsələsinə olduqca geniş diqqət yetirilir. Bir çox dünya ölkələrində heyvanların hüquqlarını müdafiə edən çoxsaylı qanunlar var. Məsələn, Avstriyada itlərin quyruğunu yaxud da qulağını kəsmək, zəncirləmək qanun pozuntusu hesab edilir. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir. Ölkəmizdə sahibsiz heyvanlarla bağlı məsələ ən aktual problemlərdən hesab edilir. Azərbaycan “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulduqdan sonra bu sahədə mühüm addımlar atılmışdır. Yəni müxtəlif mərkəz və sığınacaqlar yaradılmış, heyvanlara rəhmsiz rəftara görə məsuliyyət sərtləşdirilmişdir. Lakin, problemin miqyası bu istiqamətdə daha geniş və intensiv səylərin göstərilməsini tələb edir.

Sahibsiz itlərlə bağlı aparılan işlər təkmilləşdirilir

2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təməli qoyulan və 2017-ci il martın 1-də rəsmi fəaliyyətə başlayan IDEA Heyvanlara Qayğı Mərkəzi qeyd edilən sahədə çoxlu işlər görüb. Mərkəzin missiyası heyvanların rifah və sağlamlığının yaxşılaşdırılması, Bakı və onun ətraflarında sahibsiz heyvanların sayının tənzimlənməsi (sterilizasiyası), zoonoz və parazitik infeksiyaların yayılmasının qarşısının alınması (peyvəndlənmə), himayəyə götürülən heyvanların sayının artırılması, eləcə də heyvanlara humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsindən ibarətdir. Burada heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətə gətirilir. Hətta sterilizasiya edilən və himayəyə verilən heyvanların bir çoxuna adlar da verilir. Himayəyə verilən heyvanların profilləri Mərkəzin internet səhifəsi və sosial şəbəkələrdəki hesablarında yerləşdirilir. Fəaliyyət göstərdiyi vaxt ərzində IDEA Heyvanlara Qayğı Mərkəzində 3 minədək it və pişik sterilizasiya (axtalama və ya qısırlaşdırma) edilmiş, saysız-hesabsız yaralı və xəstə heyvanlara baytar xidməti göstərilmişdir. Sahibsiz heyvanlarla bağlı bütün xidmətləri pulsuz həyata keçirən Mərkəzdə, həmçinin gənclər və uşaqlar üçün çoxsaylı kütləvi turlar və maarifləndirmə tədbirləri də reallaşdırılır.

“Toplan” sahibsiz itlərə qayğı göstərir

Qarşıya qoyulan məqsəd və bu istiqamətdə reallaşacaq layihələrin davamı olaraq Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi bu ilin fevral ayının 15-də istifadəyə verildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak etdi. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat Kommunal Departamentinin sanitariya və texniki təmizlik idarəsinin ərazisində yerləşən mərkəzdə yenidənqurma işlərinə 2018-ci ilin oktyabr ayında başlanılıb. Ərazisi 2500 kvadratmetrə yaxın olan mərkəz üç inzibati-təsərrüfat binasından ibarətdir. Mərkəzdə itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəsləri yaradılıb. Ərazi abadlaşdırılıb, işıqlandırma və havalandırma sistemləri qurulub. Burada həmin heyvanlar peyvəndlənir, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılır. Çiplə təmin olunan hər bir itə yardım göstərildikdən sonra onlar yenidən tutulduqları əraziyə buraxılır. Mərkəzdə beynəlxalq norma və tələblərə uyğun qəfəslər qurulub. “Toplan”nın baytar bloku müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz edilib. Həmçinin burada əməliyyata hazırlıq, əməliyyat, müayinə, ordinator, baytarlıq preparatlarının saxlanması otaqları var. Sahibsiz itlərin daşınması və təcili tibbi yardım üçün avtomobillərlə təchiz olunan mərkəz həftə ərzində bütün zəruri prosedurlardan keçirilmək şərti ilə 30-50 it qəbul etmək gücündədir. Buraya daxil olmuş sahibsiz itlərin mərkəzləşdirilmiş qeydiyyatı sistemi də yaradılıb. Heyvanın tutulduğu tarix və ünvan, vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil edilir. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdirilir. Mərkəzin əməkdaşları baytarlar, itlərin toplanması ilə məşğul olan şəxslər və digər personal üçün xarici mütəxəssislərin iştirakı ilə təlimlər də keçirir.

Yeni Mərkəzdə proseduralardan keçmiş itlərin

vahid məlumat bazası yaradılıb

“Toplan”, eyni zamanda, ağır yaralı, müalicələri mümkün olmayan, əhali üçün aqressiv və təhlükəli olan sahibsiz itləri sivil qaydada zərərsizləşdirir. Burada sahibsiz itlər üçün təcili tibbi yardım fəaliyyət göstərir. Sahibsiz itlərin ovlanması ilə məşğul olan briqada xüsusi avadanlıqlarla təmin edilib. Mərkəzdə peyvənd və sterilizasiya olunan itlər üçün xüsusi zona yaradılıb. Arzu edən hər kəs it himayəyə götürə bilər. Mərkəzə daxil olan bütün itlərlə bağlı məlumatlar - tutulduğu tarix və ünvan, heyvanın vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil edilir. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdirilir. “Toplan” fəaliyyətə başladığı dövrdən Mərkəzin 1921 nömrəli qaynar xəttinə vətəndaşlardan 400-dən artıq zəng və müraciət, həmçinin dövlət və qeyri-hökumət təşkilatlarından buraya çoxsaylı rəsmi məktublar daxil olub. Müraciətlərin əsas məzmunu sahibsiz itlərlə əlaqədar problemin bu və ya digər ərazilərdə həll edilməsidir. Soyuq havalarda “Toplan”nın “pasiyent”lərinin yeri rahat olur. Bütün volyerlərin qış hissəsi isti döşəmə sistemi ilə təmin olunub. “Dördayaqlı” dostlarımız orada məmnuniyyətlə dincəlirlər. Mərkəzin əməkdaşları tibbi prosedurlardan keçirmək üçün ərazilərdən itləri toplayıb, xüsusi hallarda (açıq ərazilərdə, narahat davranan və s.) tibbi ləvazimatlarla təchiz edilmiş avtomobillərə yükləyib onların sağlamlığına ziyan vurmayan uydurucu məhlullarla doldurulmuş silahlardan istifadə edirlər. “Toplan”da heyvanların hüquqlarının müdafiəsi ilə məşğul olan QHT və özəl sığınacaq təmsilçiləri, həmçinin, bu sahədə fəaliyyət göstərən fəallarla mütəmadi görüşlər keçirilir. Görüşlər zamanı cəmiyyətin sahibsiz itlərə daha insanpərvər münasibətinin formalaşdırılmasına, ümumilikdə ictimai şüurun sahibsiz itlərə qarşı transformasiyasına hesablanmış birgə fəaliyyətin perspektivləri və imkanları sahəsində aktual mövzular müzakirə edilir. “Toplan” ölkəmizdə ilk dəfə prosedurlardan keçmiş bütün itlərin vahid məlumat bazasını formalaşdırmışdır. Burada itin götürüldüyü vaxt və ərazi, vurulmuş peyvəndlər, keçirilmiş tibbi əməliyyatlar və s. məlumatlar əks olunmuşdur. Bu məlumatlar itlərə yerləşdirilən çiplərdə əks etdirilir. Mərkəzin əməkdaşları rayonlarda monitorinqlər zamanı xüsusi proqram təminatı ilə təchiz olunmuş planşetlər vasitəsilə həmin məlumatları məsafədən oxuya bilirlər. Mərkəzə daxil olan bildirişlər əsasında itlər üçün cağırışlara gedəcək əməkdaşlar burada xüsusi təlimlər keçirlər.

“Toplan”nın ərazisi böyüyür, qəfəslərin sayı artırılır

“Toplan”da işləmək üçün əsas tələblərdən biri itləri sevməkdir. Əlbəttə, təqdirəlayiq haldır ki, “Toplan”nın birinci korpusunun açılışından sonra Leyla xanımın iştirakı ilə ikinci hissəsinin də təməli qoyuldu. Mərkəzin yeni hissəsində bir neçə təsərrüfat binası və 80-ə yaxın itin saxlanılması üçün xüsusi yer - volyer və karantin-reabilitasiya qəfəslərinin yaradılacağı nəzərdə tutulur. Bu möhtəşəm layihə çərçivəsində müxtəlif maarifləndirmə işlərini təşviq edən heyvanlarla bağlı müxtəlif sosial tədbirlərin, sərgilərin təşkili, animasiya filmlərinin çəkilməsi, sosial videoçarxların, bilbordların, elektron təqdimatların hazırlanması planlaşdırılır. Bu gün belə layihələrin reallaşdırılması ölkəmizdə sahibsiz küçə heyvanlarına qarşı humanist yanaşmanın göstəricisidir. Belə layihələrdə cəmiyyətin də yaxından iştirakı olduqca vacibdir. Hamılıqla heyvanların əziyyətsiz yaşamaları naminə çalışmalıyıq. Çünki onlar da duyğu və hərəkət qabiliyyəti olan canlılardır. Qayğıya çox ehtiyacları var...

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb