ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihə icra edir
Bakı, 30 iyun, AZƏRTAC
Torpaqşünaslıq və Aqrokimya İnstitutu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihə icra edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində landşaftın sağlamlaşdırılması məqsədilə müqavilə bağlanıb. Müqaviləyə əsasən hava limanı ərazisində torpaqların münbitləşdirilməsi və müasir aqrotexniki qaydalara uyğun olaraq davamlı yaşıl örtüyün yaradılması əsas hədəflərdəndir. Tədqiqatlar zamanı yaradılacaq yaşıl örtüyün sabit mənbədən suvarma suyu ilə təmin edilməsinin mümkünlüyü araşdırılır. Bu məqsədlə müəssisənin əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində olub, monitorinqlər aparıb, torpaq və su nümunələri götürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]