DÜNYA
Toyota və Mazda şirkətləri kapitallarını birləşdirirlər
Tokio, 5 avqust, AZƏRTAC
Yaponiyanın tanınmış avtomobil istehsalçısı olan Toyota və Mazda şirkətləri bəyan ediblər ki, əsasən elektromobil və avtonom idarə sisteminə malik avtomobillərin istehsalını birlikdə həyata keçirmək məqsədilə kapitallarını birləşdirirlər.
Əldə edilən razılaşmaya görə, Toyota şirkəti Mazda şirkətinin 5 faizlik payını 450 milyon dollara alır. Mazda isə Toyota şirkətinin 0,25 faizlik payına sahib olacaq. Hər iki şirkət artıq 2015-ci ildən ətraf mühit üzrə texnologiyalar da daxil olmaqla geniş sferada əməkdaşlığa nail olmaq barədə razılıq əldə edib.
Avtomobil qazlarına qarşı tələbkarlığın artdığı bir vaxtda istər Avropa, istər Amerika, istərsə də Çində elektromobillərə tələbatın artacağı güman edilir.
Bu şirkətlərdən heç biri elektromobil istehsalı ilə məşğul olmayıb. Onlar artmaqda olan beynəlxalq rəqabətin qarşısında dayana bilmək məqsədilə kapitallarının birləşdirilməsi barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]