İDMAN


Triatlon üzrə Olimpiya seçmə mərhələsi mayın 1-dən tez başlamayacaq

Bakı, 15 fevral, AZƏRTAC

Beynəlxalq Triatlon Birliyi (BTİ) Tokio Olimpiadasına təsnifat mərhələsinin başlamasının təxirə salınması ilə bağlı qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qərar Tibbi və Texniki komitələr, idmançılar və məşqçilərlə məsləhətləşmələrdən sonra açıqlanıb. Məlumatda bildirilib ki, BTİ İcraiyyə Komitəsi Olimpiada üçün seçim turnirlərinin mayın 1-dən tez keçirilməsinin mümkün olmayacağına əmindir.

Olimpiya lisenziyaları uğrunda yarışların başlanması ilə bağlı tarix martın 18-də koronavirus pandemiyasının inkişafı təhlil edildikdən sonra açıqlanacaq.

Bundan əlavə, BTİ İcraiyyə Komitəsi 2021-ci il təqvimi ilə bağlı məsələlərə baxıb. Dünya çempionatları və dünya kuboku mərhələlərinin mayın 1-dək keçirilməməsi ilə bağlı qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.