CƏMİYYƏT
Tünd şokoladın insan orqanizminə faydaları
Bakı, 18 aprel, AZƏRTAC
Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, südlü şokoladla müqayisədə sağlamlıq faydaları ilə fərqlənən tünd şokolad üzərində son zamanlarda daha çox tədqiqat aparılıb. Təmiz kakaodan istehsal edilən tünd şokoladın əsas tərkib hissəsi olan kakao Afrika və Cənubi Amerikada yetişdirilir. Düzgün və kifayət miqdarda istifadə edilərsə, tünd şokolad təbii antioksidant mənbəyi ola bilər. O, həmçinin bədəndə yığılan və sağlamlığa zərərli olan toksinlərin xaric olmasına kömək edir.
Tünd şokoladın faydaları haqqında professor Canan Karatay qeyd edir ki, şəkərli desertlər yerinə qara şokolad istehlak edilməsi tövsiyə olunur.
Qara şokoladın dəri sağlamlığına çox müsbət təsiri var. Xüsusilə günəş şüalarının verdiyi zərərləri sağaldır. Bu da hər kəsin xəyal etdiyi gözəl və parlaq dəriyə sahib olmağı təmin edir. Eyni zamanda şəkər xəstələri üçün faydalıdır. Şokoladdan imtina edə bilməyənlərin tünd şokoladdan istifadə etməsi tövsiyə olunur. Ürək-damar sağlamlığı xəstəliyinə, insult riskini azaltmağa kömək edir. Tünd şokolad yağ yandırıcı xüsusiyyətlərə malik olduğundan arıqlamağa da müsbət təsir edir.