İDMAN
Tunisin “Esperans” klubu Afrika Çempionlar Liqasının üçqat qalibidir
Bakı, 10 noyabr, AZƏRTAC
Afrika Çempionlar Liqasının final matçının cavab oyununda Tunisin “Esperans” klubu Misirin “Əl-Əhli” komandasını 3:0 hesabı ilə məğlub edib. Bu komandaların ilk görüşündə misirlilər 3:1 hesabı ilə qələbə qazanmışdı.
AZƏRTAC xəbər verir ki, bu qələbə nəticəsində “Esperans” klubu Afrika Çempionlar Liqasının üçqat qalibi olub. Tunislilər bu titulu 1994 və 2011-ci illərdə də qazanıblar.
Afrika Çempionlar Liqasının üçqat çempionları arasında Kamerunun “Kanon Yaunde”, Mərakeşin “Raca” və Qvineyanın “Həfiyə” klubları da var. Bu turnirdə ən çox çempionluq titulunu isə Misirin “Əl-Əhli” komandası qazanıb. Bu klubun hesabında səkkiz qələbə var. Misirin digər klubu - “Zamaleka” və Konqo Demokratik Respublikasının “Mazambe” komandası Afrika Çempionlar Liqasının beşqat qalibidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]