DÜNYA
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
Roma, 25 avqust, AZƏRTAC
İtaliyanın gündəlik “Corriere della Sera” qəzetinin verdiyi məlumata görə, gözdən əlil insanların görmə qabiliyyətinin bərpasına yardım etmək üçün makaka meymunları üzərində təcrübə aparmaq layihəsinin müəllifi, Turin Universitetinin tədqiqatçı alimi, professor Marko Tamietto içərisində güllə olan təhdidedici zərf alıb.
AZƏRTAC xəbər verir ki, məktubda heyvanların qatili kimi adlandırılan professorun özü və ailəsi ölümlə təhdid edilib.
Polis zərfi göndərən şəxsin kimliyini müəyyənləşdirmək üçün araşdırma aparır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]