SİYASƏT
Türkiyə KİV-ləri “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi barədə yazır
İstanbul, 26 sentyabr, AZƏRTAC
Türkiyənin aparıcı KİV-ləri sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin KİV-ləri sərginin keçiriləcəyi barədə əvvəlcədən də anons xarakterli materiallar yaymışdı.
Anadolu agentliyi, TRT HABER televiziya kanalı, “Axşam”, “Sabah”, “Star” qəzetləri və digər KİV-lər Bakıda təşkil olunan “ADEX-2018” üçüncü Azərbaycan beynəlxalq sərgisinin əhəmiyyətindən, o cümlədən sərgidə nümayişə çıxarılan Türkiyənin müdafiə sənayesi məhsullarından yazır. Sərgi çərçivəsində Azərbaycanın və Türkiyənin müxtəlif qurumları arasında müdafiə sənayesi sahəsində müqavilələrin imzalanmasına diqqət çəkən media orqanları bildirir ki, bu sahədə əməkdaşlığın genişlənməsi hər iki tərəfin maraqlarını əks etdirir. Materiallarda diqqəti çəkən mühüm məqamlardan biri də Türkiyənin sərgidə daha geniş şəkildə və fəal iştirakı ilə bağlıdır. O cümlədən Azərbaycanın sərgiyə çıxardığı məhsullar, hərbi texnika barədə oxuculara məlumat verilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul