DÜNYA
Türkiyə Prezidenti: beynəlxalq təşkilatları irqçilik, ksenofobiya, islamofobiyaya qarşı mübarizədə konkret addımlar atmağa çağırıram
Bakı, 23 sentyabr, AZƏRTAC
Bəşəriyyəti təhdid edən, lakin nədənsə görünməz hesab edilən irqçilik, ksenofobiya, islamofobiya və nifrət nitqi dəhşətli səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də BMT Baş Məclisinin 75-ci illik sessiyasında onlayn çıxışı zamanı deyib.
Ksenofobiya və irqçiliyin pandemiya dövründə artdığını, həssas qrupdan olan insanlara, xüsusilə miqrantlara və sığınacaq axtaranlara qarşı zorakılıq aktlarının çoxaldığını bildirən Türkiyə Prezidenti qeyd edib ki, qərəzdən və cəhalətdən irəli gələn bu təhlükəli meyillərə ən çox müsəlmanlar məruz qalır.
“Bu təhlükəli siyasi istiqamətə görə məsuliyyət daşıyanlar reytinq naminə populist ritorikaya müraciət edən siyasətçilər və ifadə azadlığından sui-istifadə edərək nifrət nitqini qanuniləşdirən marjinal qruplardır. Təcili olaraq bütün beynəlxalq təşkilatları bu düşüncəyə qarşı mübarizədə daha konkret addımlar atmağa çağırıram”, - deyə Prezident Ərdoğan vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]