DÜNYA


Türkiyə Prezidentinin mühafizəsinə cəlb olunan iki alman polisin terror təşkilatı ilə əlaqəsi üzə çıxıb

Türkiyə Prezidentinin mühafizəsinə cəlb olunan iki alman polisin terror təşkilatı ilə əlaqəsi üzə çıxıb

İstanbul, 29 sentyabr, AZƏRTAC 

Almaniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəsinə cəlb edilən iki alman polis zabitinin NSU adlı terror təşkilatı ilə əlaqəsi üzə çıxıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, polis zabitləri NSU terror təşkilatının üzvü Uve Böhnhardtinin adını çəkdikləri üçün şübhə yaradıblar. Almaniyanın Saksonya vilayətinin təhlükəsizlik xidməti bu barədə məlumat yayıb. Polislərin tutduqları vəzifədən azad olunacaqları bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə səfərdə olan Ədalət və İnkişaf Partiyasından deputat Mustafa Yeneroğlu insidentlə bağlı kəskin etirazını ifadə edib. Məlumatda qeyd olunur ki, Almaniyada 2000-2007-ci illərdə səkkizi türk olmaqla on nəfəri qətlə yetirən NSU üzvləri Saksonya əyalətində rahat yaşasalar da, indiyədək həbs edilməyiblər. Təşkilatın digər cinayətləri barədə də ətraflı məlumat mövcuddur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.