DÜNYA
Türkiyə-Suriya sərhədində 12 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Türkiyə-Suriya sərhədində yerləşən Çobanbəy qəsəbəsində ən azı 12 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib.
AZƏRTAC Türkiyənin NTV telekanalının saytına istinadla xəbər verir ki, Hələb inzibati ərazisinə daxil olan bu qəsəbədə bir yük maşınında yerləşdirilmiş bombanın partladılması nəticəsində daha 25 nəfər yaralanıb. İnsident Çobanbəy qəsəbə xəstəxanasının yanındakı avtomobil parkında baş verib. Hadisə yerinə gələn mülki müdafiə dəstələri güclü partlayış nəticəsində çökən evlərin dağıntıları altında insanların çıxarılması əməliyyatını həyata keçirirlər. Ölü sayının artacağı da ehtimal olunur. Terror aktı nəticəsində xəstəxana binasına da ciddi zərər dəyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]