DÜNYA


Türkiyə XİN İtaliya parlamentində qondarma “erməni soyqırımı”nın tanınmasını pisləyib

Bakı, 11 aprel, AZƏRTAC 

Türkiyənin Xarici İşlər Nazirliyi İtaliya parlamentində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı bəyanat yayıb.

AZƏRTAC Türkiyə XİN-in rəsmi saytına istinadla xəbər verir ki, bəyanatda deyilir: ”İtaliya Nümayəndələr Palatasının aprelin 10-da qəbul etdiyi qərar erməni iddialarından daxili siyasi məqsədlər üçün istifadə olunmasının daha bir örnəyidir”.

Nazirlik bəyan edib ki, bu qətnamə İtaliyanın sağ təmayüllü Leqa partiyası tərəfindən hazırlanıb. “Erməni iddialarına dair qətnamənin İtaliyadakı seçkilər ərəfəsində müzakirəyə çıxarılması və qəbul olunması həmin sənədin siyasi məqsəd daşıdığını göstərir və bu, tarixi faktların kobud şəkildə təhrif olunmasıdır”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya parlamentinin sözügedən qətnaməsinin heç bir hüquqi qüvvəsi olmadığını bildirib və əlavə edib ki, tarixi faktları siyasiləşdirən bütün cəhdlər kimi, Nümayəndələr Palatasının bu qərarı da İtaliyada milliyyətçi Leqa partiyasının Avropa Parlamentinə seçkilər ərəfəsində ucuz xal qazanmasından başqa bir şey deyil.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da məsələyə münasibət bildirərək qeyd edib ki, sözdə “soyqırımı” qətnaməsi tarixi faktların inkar edilməsi və ermənilərlə türklər arasında yeni düşmənçilik toxumlarının səpilməsi cəhdidir”.

Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik isə bildirib ki, İtaliya bu qərarla Türkiyə və Ermənistan arasında münasibətlərin daha da gərginləşməsini istəyən erməni diasporunun oyununa alət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.